Rusiya və İsveç Türkiyəyə yardıma hazır olduqlarını açıqlayıb

06/02/2023 - 12:45

Rusiya Türkiyənin zəlzələ bölgəsində 2 “İl-76” təyyarəsi və 100 nəfərlik xilasedici göndərməyə hazırdır.

Bu barədə Rusiyabnın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İsveçin Baş naziri Ulf Kristersson təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Hökumət başçısı Avropa İttifaqının bir hissəsi olan Türkiyəyə yardım etməyə hazır olduqlarını açıqlayıb.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis də Türkiyəyə qısa müddətə yardıma hazır olduqlarını elan edib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.