Rusiya XİN: Qərbin Rusiyanın dərinliklərinə zərbə qərarından xəbərdarıq
14/09/2024 - 12:25
“Qərbin Rusiyanın dərinliklərinə zərbələr endirilməsi ilə bağlı qərarından xəbərdarıq”. APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib: “Artıq prezident Vladimir Putin bu məsələdə qətiyyətli mövqeyini bildirib. Qərb müvafiq qərarı bir müddət əvvəl qəbul edib və rəsmi Kiyevi də məlumatlandırıb”, S.Ryabkov qeyd edib.