"Rusiya Zelenskini öldürməyə cəhd edə bilər" - "Tramp hakimiyyətinə qədərki 3 ay..."

11/11/2024 - 11:49

"Rusiya Trampın andiçmə mərasimindən əvvəl Ukrayna lideri Volodimir Zelenskini öldürməyə cəhd edə bilər". "AzPolitika" xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko deyib. Keçmiş nazirin sözlərinə görə, Tramp hakimiyyətinə qədərki 3 ay Ukrayna üçün dəhşətli olacaq. "Onlar nəsə etməyə çalışacaqlar. Məsələn, enerji xətlərini dağıtmağa və ya Ukrayna liderinə sui-qəsd hazırlamaq kimi", - deyə o, qeyd edib. Xatırladaq ki, əksər beynəlxalq ekspertlər Donald Trampın Ağ Evə qayıdışı və Rusiyanın cəbhədə hücumunun güclənməsi fonunda Ukraynada vəziyyətin kəskin şəkildə gərginləşəcəyini proqnozlaşdırırlar. Mütəxəssislər mümkün gərginliyi Kremlin yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən əvvəl danışıqlarda mövqeyini gücləndirmək istəyi ilə əlaqələndirirlər.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15