Rusiyada qubernator müavini müharibədə ölüb
02/02/2025 - 15:49
Rusiyanın Primorski diyarının vitse-qubernatoru Sergey Yefremov xüsusi hərbi əməliyyat zonasında ölüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Primorski diyarının qubernatoru Oleq Kojemyako bildirib.
Yefremovun əməliyyatdan avtomobillə qayıdarkən başqa bir zabitlə Kursk vilayətində minaya düşərək həlak olduğu bildirilib.