Rusiyanı 1 milyona yaxın adam tərk edib – Gürcüstanda 100 min nəfərdən çox rusiyalı var

04/02/2023 - 19:29

2022-ci ildə Rusiyadan Özbəkistana, Qırğızıstana, Tacikistana, Monqolıstana və Ermənistana son 5 ildə rekord həddə Rusiya vətəndaşı gedib.

Rusiya Sərhəd Xidmətin bildirir ki, ölkəni tərk etmənin pik həddi ilin üçüncü rübünə təsadüf edir. Bu miqrasiyanın sentyabrda Rusiyada səfərbərlik elan edilməsi ilə bağlı ola biləcəyi ehtimal edilir.

Belə ki, həmin dövrdə hərbi xidmətdən yayınmaq istəyən bir çox Rusiya vətəndaşları ölkəni tərk etdiblər. Statistika yalnız sərhəd keçidlərinin sayını nəzərə alır ki, bunun da tam mütləq mənzərəni əhatə etmədiyi bildirilir. Məlumata görə, bura istirahət, iş və şəxsi məqsədlər üçün səfərlər edib sonra geri dönənlər də daxildir.

Bununla belə, “Novaya qazeta” ekspertlərin fikirlərinə istinad edərək ötən ilki mühacirət dalğasının 400-800 min nəfər təşkil etdiyini yazır. Bəzi mənbələr Rusiyanı tərk edənlərin 1 milyona qədər yüksəldiyini bildirir.

O da qeyd edilir ki, 2022 -ci ildə Rusiyadan çıxanların 100 mindən çoxu Gürcüstanda, elə bir o qədəri Qazaxıstanda qalıb. 50-100 min Serbiyaya, 40 minə yaxın Ermənistana. Təxminən 35 min Rusiya vətəndaşının İsrail, Avropa İttifaqı ölkələrinə getdiyi bildirilir./azpolitika