Ruslar imanı raket atəşinə tutdu, Türkiyə gəmilərində yanğın baş verdi - VİDEO

26/01/2023 - 08:14

Rusiyanın raket hücumu nəticəsində Xerson limanında Türkiyənin iki gəmisi qəlpələrlə zədələnib.

Bu barədə “Hurriyet” xəbər verir.

Türkiyə şirkətinin nümayəndəsi Huseyn Çebinin sözlərinə görə, raket zərbəsi nəticəsində limanda yerləşən Türkiyəyə məxsus "Tuzla" gəmisində yanğın baş verib.

İkinci gəmi “Ferahnaz” hərbi əməliyyatların başlanması səbəbindən təxminən bir il limanda olub.