SAAKAŞVİLİ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK EDƏCƏK - Vəkil: “Xahiş etdim ki, ictimaiyyət onu görsün…”

28/11/2022 - 00:14

“Eks-prezidentin səhhətinin vəziyyəti çox ağırdır və o, cəzanın müddətinin uzadılması üçün məhkəməyə müraciət edəcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə "Palitranews" telekanalında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin dırnağının müayinəsi nəticəsində onun bədənində dördüncü maddə - arsen aşkar edilib:

“Mən Mixail Saakaşvilidən məhkəmə iclaslarının birinə gəlməsini xahiş etdim ki, ictimaiyyət onu görsün. Onun növbəti təyin olunmuş məhkəmə iclasında olacağını istisna etmirəm. Eks-prezident prosesə istər xərəkdə, istərsə də əlil arabasında gələ bilər. Onun bir neçə aparıcı diaqnozu var, biz bunları misal göstərməklə artıq möhlət üçün hüquqi əsas yaratmışıq. Mən də məhkəməyə müraciət etmək üçün vəsatət hazırladım”.

Qafqaz.media