Sarkisyanı Ukrayna məhv edib - Zelenski məsuliyyəti öz üzərinə götürdü

05/02/2025 - 10:39

Ukraynanın Təhlükəsizlik Xidməti Donbassda və “Maydan” hərəkatında qətllərdə iştirak edən şəxsi məhv edib. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalist Pirs Morqana müsahibəsində deyib.

Zelenski Sarkisyanın adını belə çəkməyə layiq olmadığına eyham vuraraq, onun Ukrayna xüsusi xidməti tərəfindən partladıldığını bəyan edib: "SBU müvafiq əməliyyat həyata keçirdi, lakin mən konkret adla bağlı təfərrüatları bilmirəm".

Xatırladaq ki, fevralın 3-də Moskvanın elit “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Nəticədə “Maydan” hərəkatında bir jurnalist də daxil olmaqla, insanların qətlə yetirilməsində iştirak edən, Donbassda separatçılıqla məşğul olan və Ukraynaya qarşı döyüşən ermənilərdən ibarət “Arbat” batalyonunu yaratmış Armen Sarkisyan partladılaraq məhv edilib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
01/02/2025 - 12:13