Şimali Kiprdə də 7 günlük matəm elan edildi - YENİLƏNİB
Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.
Bu barədə Şimali Kipr Türk Respublikasının lideri Ersin Tatar tviter hesabında paylaşım edib.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - Ersin Tatar tviter hesabında yazıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 379 nəfər həlak olub, yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Təbii fəlakət zamanı 6 200-dən çox bina dağılıb.
***
21:43
Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib.
6 Şubat 2023 tarihinde ülkemizde meydana gelen depremler sebebiyle yedi gün süreyle millî yas ilan edilmiştir. Bütün yurtta ve dış temsilciliklerimizde 12 Şubat 2023 Pazar günü güneşin batışına kadar bayrağımız yarıya çekilecektir. pic.twitter.com/WsXvTpyr6y
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 6, 2023