Sosial ödənişlərin artırılması gözlənilir - DSMF RƏHBƏRİNDƏN AÇIQLAMA
26/12/2022 - 12:05
"Sosial ödənişlərin artırılması ilə bağlı islahatlar zərfi müzakirə mərhələsindədir".
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müzakirələrdən sonra artımlar barədə dəqiq məlumat ictimaiyyətə təqdim ediləcək.