Suriyadan daha 16 vətəndaşımız Azərbaycana qaytarılıb
24/11/2022 - 23:14
24 noyabr 2022-ci il tarixində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 vətəndaşımız Azərbaycana qaytarılıb.
Qafqaz.media xəbər verir ki, onların arasında 13 uşaq və 3 qadın var.
İraq və Suriyadan olan Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam olunub, repatriantların ilkin tibbi-psixoloji müayinəsi aparılıb.
Qeyd edək ki, İraq və Suriyadan Azərbaycana 380-i uşaq, 29-u qadın olmaqla ümumilikdə 409 vətəndaş repatriasiya edilib.
Qafqaz.media