Tramp onu MKİ-yə direktor TƏYİN ETDİ - FOTO

13/11/2024 - 07:55

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Ratkliff ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) rəhbəri olacaq. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandasının yaydığı bəyanatda deyilir. "Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışacağını elan etməkdən məmnunam", - Tramp bildirib. Siyasətçinin sözlərinə görə, bu şəxs ABŞ kəşfiyyat sferasında hər iki əsas postu tutan ilk şəxs olacaq. Qeyd olunur ki, Ratkliff Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı Hillari Klinton kampaniyasının yalanlarını ifşa edib. Bundan əlavə, o, amerikalılara ABŞ-ın hazırkı prezidentinin oğlu Co Baydenin noutbukunda aşkar edilmiş qalmaqallı məlumatla bağlı həqiqəti söyləyib. Ratkliff ilk Tramp administrasiyası dövründə 26 may 2020-ci ildən 20 yanvar 2021-ci ilə qədər ABŞ milli kəşfiyyatına rəhbərlik edib. Əvvəllər o, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15