Tramp şahzadəni təriflədi: Çox yaraşıqlıdır
Donald Tramp Britaniya vəliəhdi Uilyam ilə söhbətindən danışıb və onu “çox yaraşıqlı” adlandırıb. Publika.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Şahzadə Uilyam Notr-Dam kilsəsinin açılış mərasimində Britaniya monarxı III Çarlzı təmsil edib. Britaniya mediası xəbər verir ki, şənbə günü keçirilən mərasimdə Tramp Uilyamın çiyninə vurub və sonra onlar əl sıxıblar. "Şahzadə ilə əla söhbətim oldu... O, yaraşıqlı oğlandır. O, həqiqətən çox, çox yaraşıqlı görünürdü... Əla görünürdü. Mən də bunu ona dedim", - Tramp "New York Post"a deyib. Tramp əlavə edib ki, o, həm də şahzadədən həyat yoldaşı Keyt Middltonun səhhətini soruşub və o, yaxşı olduğunu bildirib. Uels şahzadəsi xərçənglə mübarizə aparır. Sentyabrın 9-da o, kimyaterapiyanın başa çatdığını elan edib.