TRANSXƏZƏR marşrutuna doğru daha bir addım: 4 ölkə "Yol Xəritəsi" imzaladı

25/11/2022 - 16:50

Məlum olduğu kimi, bu gün noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfinin görüşləri keçirilb. Görüşdə iştirakçı ölkələri təmsil edən nazirlər Transxəzər marşrutunun inkişafına dair yol xəritəsi imzalayıblar.
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin XİN və nəqliyyat nazirliklərinin rəhbərləri beynəlxalq nəqliyyat marşrutlarının istismar şəraitinin modernləşdirilməsi yolu ilə sürətləndirilmiş inkişafı üçün tədbirlər kompleksinin işlənib hazırlanmasına dair bir sıra məsələləri və Xəzər-Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsi üçün praktiki addımları nəzərdən keçiriblər.
Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri K.Uskenbayev iştirakçıların diqqətini yüklərin daşınmasının artdığı Transxəzər dəhlizinin gələcək inkişafı ilə bağlı konkret qərarların qəbul edilməsi zərurətinə yönəldib.
Tədbir nəticəsində bütün tərəflər darboğazların eyni vaxtda aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün "Yol Xəritəsi" imzalayıblar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33