Türkiyə parlamentinin sədri Üçüncü Dünya müharibəsinin başladığını bəyan edib
11/11/2023 - 22:58
“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İş adamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Birinci və İkinci dünya müharibəsinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü Dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqdəki müharibə birdən-birə başlamadı”.
N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var.