Türkiyə XİN-in iki əməkdaşı Hatayda dağıntılar altında qalıb
09/02/2023 - 16:05
“Bütün qurumlar zəlzələnin nəticələrinin aradan qaldırılmasına səfərbər olub”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xalq da dövlətlə həmrəylik göstərir.
“Hatay təmsilçimiz Devrim Öztürk və digər əməkdaşımız Gökhan Aytaç dağıntılar altında qalıb”, - nazir söyləyib.