Türkiyədə terrorçu qadın saxlanıldı

28/11/2022 - 13:05

Türkiyənin Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) birgə əməliyyat keçirib.

Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində baş tutub.

Bildirilib ki, əməliyyat nəticəsində DHKP/C terror təşkilatının “Türkiyədən məsul nümayəndəsi” Gülten Matur saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.