Üç dost, üç ürək...- Fuad Biləsuvarlı yazır
BU DOSTLUQ HAQDA YAZIMI MƏNSUM İBRAHİMOV, RƏŞAD MƏCİD, QULU AĞSƏS DOSTLUĞUNA HƏSR EDİRƏM .
Təsdiqə ehtiyacı olmayan bir həqiqətdir: hər bir insanın yaxşı dosta, ürək sirdaşına ehtiyacı var. Ona hər bir insan yaşına, görmə qabiliyyətinə, sənətinə baxmayaraq ürək dostu axtarır. Yaxşı dost əvəzsiz, dəyəri ölçüyə gəlməyən bir sərvətdir. Həzrəti İmam Əli (ə) buyururdu: "Dost yaxınlarının ən yaxınıdır." Dostluqda sədaqətli olmaq qiymətləndirilib. Bəlkə də elə dostun böyüklüyü də bundandır. Aqillərin müdrik sözü: Əsl dost bütün gizlinlərini açıb ürəyinə bildiyin insandır. Başqa bir aqil" qardaşın necə adamdır?!- sualına qısa cavab verib: Bilmirəm, yoldaşlıq, dostluq etməmişəm. Mənə elə gəlir ki, dünya yaranandan dost sözü də yaranıb. Və bütün dövrlərdə insanlar özlərinə etibarlı dost, yaxın sirdaş axtarıblar.
Dost dosta tən gərək,
Tən olmasa gen gərək...
Bu, bir atalar sözüdür. Dostlar arasında saf işarəyə, paklığa bir işarədir. Tarixdə izi qalan dostluq münasibətləri ilə bağlı iftixarla söhbət açılıb. Bu cür dostluqlar təmənnasız, ülvi, müqəddəslərə köklənmiş hisslərdir. yaxşı dost qururammı?! Münasibətdə olduğun hər adama dost demək olarmı?! Dostunu göstər, sənin kim olduğunu deyirəm. Bu müdriklərin əsrlərin dərinliklərindən gələn sözüdür.
Yaşım çox olmasa da, həyat yollarında çox yaşlı adamlar görmüşəm, onların müdrik fikirlərini eşitmişəm. Onlar həyatda ən böyük qazanclarını ömür payında qazandıqlarını dostlarını sayıblar.
Kim nə deyir-desin. Məncə dostluq üçün yaş fərqi elə də önəmli deyil. Mən bunu öz təcrübəmdə görmüşəm. Azərbaycanın xalq artisti, səhnəmizin Məcnunu, el istəklisi Mənsum İbrahimovu kim tanımır?! Gözəl səs, şirin avaz, xoş sima, yüksək alicənablıq, adı hər yerdə hörmət və məhəbbətlə çəkilən Mənsum müəllim kimi ziyalılarımız la ancaq fəxr etmək olar. Aramızdakı yaş fərqinə görə ata-oğul münasibətindəyik. Həmişə bu böyük sənətkardan hədsiz qayğı və diqqət görmüşəm. Nə yaxşı ki, yaxşılar var. Mənsum müəllimlə xoş birləşmələrimiz bizi mehriban dostlara çevirib. Bu, mənim üçün böyük iftixar, Mənsum müəllim kimi ürəkləri fəth etmiş sənətkardan misilsiz bir alicənablıq...
Hər görüşümüz yaddaşlara hopan bir xatirədir. Bizim kimi gənclərin belə ustad sənətkarlardan, böyük ürək sahiblərindən öyrənməyə, nəsə əxz etməyə çox ehtiyacı var. Bu dost səmimiyyətinə görə sağ olun Mənsum müəllim! Yolçusu olduğum poeziya aləminin istedadlı yazarlarından Rəşad Məcidlə, Qulu Ağsəsi özümə həyat simvolu seçmişəm. Rəşad müəllimlə, Qulu müəllimin poetik nümunələri mənim üçün əlçatmazdır. Rəşad Məcidlə, Qulu Ağsəsin şeirlərini oxuyanda ruhum təzələnir. Sanki bir sehrli aləmə düşürəm. Sadə, qayğıkeş, son dərəcə diqqətli bir insandırlar mənim üçün Rəşad müəllimlə, Qulu müəllim. İlk tanışlıqdan başlanan bu münasibət bu gün də davam edir.
Və mən gənc şair-yazar Fuad Biləsuvarlı istedadlılarına və şəxsiyyətlərinə dərin hörmət bəslədiyim bu üç insanla dostluq səadətindən
yaxşıyam...
Dost, yoluna qollarımı,
Körpü kimi uzatdım keç.
Mən də indi yalqızam çox,
Gəl tək qoyma məni də heç.
Təvözükar insan oldum,
Düzlüyümlə qazandım elan.
Dostların qeydinə qaldım,
Heç kim olmamışam yad.
Vətənimdə ağbirçəyə,
Anam dedim, zənən dedim.
Dostlarımın dərdlərinə,
Çəkinmədən tənəm dedim.
Dostum mənə qardaş, əmi,
Dostum mənə bibi, bacı.
Ömür boyu həyatımda,
Dostum başda qızıl tacım.
Dostluq bağım gül-çiçəkli,
Heç ətrindən doymaq olmur.
Dostlarım bir güldülər ki,
Payızda da wallah solmur...
Fuad Biləsuvarl
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı