Ukrayna Fransadan daha bir reaktiv yaylım atəş sistemi aldı

29/11/2022 - 17:36

Ukrayna Fransadan daha bir Lance Roquette Unitaire (LRU) uzaq mənzilli reaktiv yaylım atəş sistemi alıb.

Qafqaz.media xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Twitter“də yazıb.

“Ukrayna ordusunun “uzun əl” (uzaq mənzilli raket atışı sistemləri) ailəsinin 4-cü üzvü bu gün Fransadan ölkəmizə gəldi. Ukrayna ordusu indi düşmənin qarşısını almaq və məhv etmək üçün daha güclüdür. Bu, ölkələrimizin liderləri arasında dostluğun gözlənilən nəticəsidir. Fransa müdafiə naziri Sebastiyen Lekornuya, hökumətinə və xalqına təşəkkür edirəm”, – Reznikov vurğulayıb.

Qafqaz.media