Ukraynada keçirilən hərbi təlimə 200 milyon avro ayrılıb
28/11/2023 - 20:01
Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin təlimi üçün əlavə olaraq 200 milyon avroya yaxın vəsait ayırıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Şura Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası çərçivəsində əlavə maliyyə ayırmağa qərar verib.
Qeyd edilib ki, məbləğ 194 milyon avro artırılıb və ümumilikdə 255 milyon avro təşkil edəcək.