Ukraynanın atdığı raket Belarus ərazisinə düşüb - İDDİA

29/12/2022 - 15:39

Dekabrın 29-da Ukraynanın “S-300” zenit kompleksindən buraxılan raket Belarus ərazisinə düşüb.

Qafqaz.media xəbər verir ki, məlumatı “BelTA” agentliyi yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 10-11 arasında baş verib və bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.

Məlumata görə, hadisə ilə bağlı iki versiya nəzərdən keçirilir. Qeyd edilir ki, Belarusa düşən raket bu yaxınlarda Polşada baş verən hadisənin oxşarıdır və raket Belarus Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub.