Ukraynanın Rusiyanın arxa cəbhəsinə hücumları… - HƏRBİ BLOQÇULAR HAKİMİYYƏTİ KÜTLƏVİ CAVAB ZƏRBƏLƏRİ ENDİRMƏYƏ ÇAĞIRIR
Xəbər verdiyimiz kimi, Ukrayna qüvvələri Rusiyanın iki strateji hava bazasına zərbələr endirib. Bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın arxa xəttlərini vurmaq və Rusiyanın Ukrayna infrastrukturuna zərbələr endirmək kampaniyasının qarşısını almaq qabiliyyətini nümayiş etdirib.
Qafqaz.media xəbər verir ki, ABŞ Müharibəni Öyrənmə İnstitutunun (ISW) ekspertlərinə görə, Rusiyanın hərbi bloqçuları Moskvanın Ukrayna mövqelərindən 700 km məsafədə, Rusiyanın arxa cəbhəsində yerləşən Rusiya strateji aviabazalarına Ukrayna zərbələrinin qarşısını ala bilməməsindən narazıdrlar.
Bəzi teleqram kanalları hərbi rəhbərliyi Ukraynaya qarşı kütləvi cavab zərbələri endirməyə və Rusiya ərazisində terrorla mübarizə tədbirlərini gücləndirməyə çağırır.
Hərbi bloqçular şikayət edirlər ki, Rusiya hərbi rəhbərliyi onların təkliflərinə məhəl qoymur.
ISW-nin bazar ertəsinə olan xülasəsi:
- Rusiya qoşunları öz mövqelərini Svatovo-Kremennaya xəttində Ukraynanın hücumlarından müdafiə etməyə davam ediblər.
- Rus qoşunları Baxmut ətrafında irəliləməyə davam ediblər, lakin hələ şəhəri mühasirəyə ala bilmıyiblər və Avdeevka-Donetsk bölgəsində hücum əməliyyatları aparırlar.
- Ukrayna mənbələri iddia edir ki, 15-20 nəfərlik kiçik rus hücum qrupları Ukraynanın mövqelərini yarmağa çalışır.
- Rusiya işğalçı hakimiyyət orqanları uşaqların xüsusi tibbi yardıma ehtiyacı olduğunu bəhanə edərək, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən ukraynalı uşaqları zorla Rusiyaya aparmağa davam edir.
- Rus qoşunları Dnepr çayının sağ (qərb) sahilində 20-dən çox yaşayış məntəqəsini atəşə tutub və Xersona zərbələri davam etdirir.
Ukrainian forces likely conducted strikes on two Russian strategic airbases, inflicting light damage while demonstrating an ability to strike Russian rear areas & possibly disrupt the campaign of strikes on Ukrainian infrastructure, which continued today. https://t.co/sveWZqw9qd pic.twitter.com/GMOkq6RBPy
— ISW (@TheStudyofWar) December 5, 2022
Qafqaz.media