Xersonun Rusiya işğalından azad edildiyi gündən şəhərdə 32 nəfər həlak olub

27/11/2022 - 01:01

Noyabrın 11-də Ukrayna qoşunları Xersona daxil olduqdan bəri şəhərdə 32 mülki şəxs həlak olub.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko “Facebook”-da yazıb.

Klimenko bildirib ki, onlar Rusiya qoşunlarının Dnepr çayının sol sahilindən atdığı atəşin qurbanı olublar.

Qafqaz.media