Yaponiya sahillərində güclü zəlzələ baş verib

14/09/2024 - 06:43

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə yeraltı təkanların episentri 555 min insanın yaşadığı Kaqosima şəhərindən (Kyuşu adası) 200 km cənub-şərqdə yerləşib. Zəlzələnin hiposentri yerin 28 km dərinliyində olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15