Zimbabve prezidentinin helikopteri havaya qalxdıqdan sonra qəzaya uğrayıb

17/09/2024 - 05:53

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın helikopteri havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. APA xəbər verir ki, bu barədə ZBC telekanalı Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, Prezident helikopterdə olmayıb, ekipaj sağ qalıb. İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57