"15 yaşında tələbə adı qazanmaq mümkündür" - MİSİR MIRDANOV SEYMUR TALIBOV HAQDA İDDİALARA AYDINLIQ GƏTİRDİ

21/01/2023 - 09:03

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib.

O, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib: “Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.