56 ildir tək böyrəklə yaşayırmış - Özü də bu sayədə öyrəndi

30/08/2024 - 19:31

Türkiyədə Bursa xəstəxanasına müraciət edən İsmail İlman adlı şəxs 56 ildir bir böyrəklə yaşadığını öyrənib. Publika.az "İHA" agentliyinə istinadən xəbər verir ki, müayinələr zamanı adıçəkilən şəxsin tək böyrəyində 15 santimetrlik kütlənin olduğu müəyyən edilib. Xəstə vəziyyəti ilə əlaqədar böyrək əvəzləyici terapiyadan (dializ) imtina etdikdən sonra əməliyyat olunub. Tək böyrəyinin üçdə ikisini itirən xəstənin əməliyyatı uğurla həyata keçirilib. Onun dializdən asılı olmadan sağlamlığına qovuşacağı bildirilib. Oğlu Oğuz İlman atasının tək böyrəklə heç bir problem olmadan həyatını davam etdirməsinə təəccübləndiklərini deyib: "Atamın heç bir problemi olmadığı üçün 56 ildən sonra yeganə böyrəyinin olduğunu öyrəndik. O, 25 il işləyib və 6 ildir ki, təqaüdə çıxıb. Atam hərbi xidmət keçməyib. Bunun boy və çəkiyə görə olduğunu düşünürdük. Ancaq bir böyrəyi olduğu üçün qəbul edilməyibmiş”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42