Abramoviç Türkiyənin futbol komandasını alacaq? – MİLYARDER MƏTBUATIN İDDİASINA REAKSİYA VERDİ

22/12/2022 - 09:38

Londonun “Çelsi” klubunun keçmiş sahibi, rusiyalı oliqarx Roman Abramoviç Türkiyə futbol komandasını almayacaq.

Qafqaz.media xəbər verir ki, Abramoviçin mətbuat xidməti türk klubunun mümkün alışı ilə bağlı məlumatı təkzib edib.

“Məlumat həqiqətə uyğun deyil. Cənab Abramoviç İstanbula köçməyib və türk futbol klubu almaq fikrində deyil”, - Rusiya mətbuatı oliqarxın mətbuat xidmətinə istinadən yazır.

Daha əvvəl Türkiyənin "Hürriyet" nəşri "Çelsi"nin keçmiş sahibinin İstanbula köçmək və Türkiyə futbol klubunu almaq fikrində olduğunu yazıb.

Qafqaz.media