ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Moskvaya gəlib - FOTO

26/01/2023 - 08:57

ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvaya gəlib.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin teleqram kanalında yer alan məlumatda qeyd olunub.

Paylaşımda səfirin Moskvanın hava limanlarından birində çəkilmiş fotosu yerləşdirilib.

“Rusiyaya xoş gəlmisiniz, səfir Treysi”, paylaşımda vurğulanıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, Lin Treysi bu ayın sonunda iş başında olacaq.