ABŞ Ukrayna üçün artilleriya mərmilərinin istehsalını artırır - TƏXMİNƏN 6 DƏFƏ ÇOX...

25/01/2023 - 12:49

Pentaqon artilleriya mərmilərinin istehsalını altı dəfə artırmağı planlaşdırır, onun əhəmiyyətli hissəsi Ukraynaya tədarük üçün nəzərdə tutulub.

Qafqaz.media “The New York Times”-a istinadən xəbər verir ki, bu haqda ABŞ Ordu Komandanlığının hesabatında bildirilir.

Bildirilir ki, Rusiya Ukrayna ərazilərini işğal etməzdən əvvəl ABŞ hərbi zavodları ayda 14400 artilleriya mərmisi istehsal edirdi. Pentaqon iki il ərzində istehsalı ayda 90 min mərmiyə çatdırmağı planlaşdırır. Artıq özəl şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

ABŞ-da bu sayda mərmi Koreya müharibəsindən bəri istehsal olunmayıb. Söhbət uzaqmənzilli haubitsalar üçün 155 mm-lik idarə olunmayan mərmilərdən gedir. İndi onlar Pentaqonla müqavilə əsasında özəl şirkətlər tərəfindən altı dövlət müsəssisəsində istehsal olunur.

Bu müəssisələrin demək olar ki, bütün məhsullarının Ukraynaya göndəriləcəyi gözlənilir. Qəzet yazır ki, mərmi istehsalını kəskin artırmaq qərarı ABŞ-ın Rusiya ilə uzun sürən müharibə zamanı Ukraynanı dəstəkləməyə hazır olduğunu göstərir.

Qafqaz.media