Aİ rəsmisindən həyəcanlı ermənilərə məzəli təsəlli-Qurum İrəvanı təmkinə çağırdı

13/12/2022 - 02:09

Aİ dekabrın 3-dən Laçın dəhlizi ətrafında baş verən hadisələrdən xəbərdardır. Qafqaz.media xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasının sorğusuna cavab olaraq Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Piter Stano deyib.
“Biz bugünkü hadisələri də diqqətlə izləyirik. Aİ Qarabağda yoxdur, hansı ki, bu bizə vəziyyəti daha yaxşı başa düşməyə imkan verərdi, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan xəbərlərini izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq.
Aİ bir daha hərəkətlərdə təmkinli olmağa və təxribatçı ritorikadan imtina etməyə çağırır. Aİ həmçinin Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çox ehtiyac duyulan danışıqların nəticə verəcəyinə və gərginliyi azaldacağına ümid etdiyini bildirir”, deyə Piter Stano erməniləri sakitləşdirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33