AK Partiya sözçüsü: Fransa terrorla mübarizədə ikili standart nümayiş etdirir

16/09/2024 - 21:22

Fransa terrorla mübarizə məsələsində ikili standart nümayiş etdirir. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik bildirib. O, Fransanın paytaxtı Parisdə PKK tərəfdaşlarının həyata keçirdiyi mitinqi şərh edərək, bunun Avropa İttifaqının rəsmi siyasətinə zidd olduğunu vurğulayıb. Ö. Çelikin sözlərinə görə, Fransa hökümətinin terrorçuları dəstəkləyən qrupların toplaşmasına icazə verməsi bu ölkənin demokratik dəyərlərinə zərbə vurur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25