Almaniyada insanları girov götürən şəxs öldürülüb - YENİLƏNİB-2

10/12/2022 - 18:42

Almaniyanın Drezden şəhərində insanları girov götürən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Bbu barədə "Bild" nəşri məlumat yayıb.

Polis girovların azad edilməsi zamanı ona atəş açmaq məcburiyyətində qalıb.

Hüquq-mühafizə orqanları həmin şəxsin ruhi xəstə olduğunu güman edirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

***

Almaniyanın Drezden şəhərindəki “Altmarktgalerie” Ticarət Mərkəzində insanları girov götürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

TASS xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, iki girov azad edilərək polis nəzarətinə verilib.

Hadisənin səbəbi açıqlanmır.

***

Almaniyanın Drezden şəhərində “Radio Dresden” radiostansiyasına silahlı hücum edənlərlə polis əməkdaşları arasındakı atışma nəticəsində 70 yaşlı qadın güllələnib.

Bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları ticarət mərkəzindəki insanları təxliyə edib, ətraf ərazini mühasirəyə alıblar.

Sakinlərə milad yarmarkasına getməmək və şəhərin mərkəzinə çıxmamaq tövsiyə olunur.

Şübhəli şəxs hadisə yerindən qaçıb./report