Azərbaycan-Ermənistan sərhədində 4.8 bal gücündə zəlzələ olub

21/12/2024 - 06:10

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 4.8 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 9 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 23:01-də qeydə alınıb. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35
Əhalinin sayı açıqlandı
17/12/2024 - 14:38