Azərbaycan İslam Partiyasının sədri azadlığa çıxdı
19/01/2023 - 12:30
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov azadlığa buraxılıb.
Qafqaz.media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, M.Səmədov 2011-ci ildən cəza çəkir. O, cinayətkar birlik təşkil etmək, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə və digər maddələrlə həbs edilib.