Azərbaycanlı fəalın rus hərbçi ilə söhbəti Ukrayna mətbuatında – ““Z” – yəni, azmısan?” / VİDEO

14/12/2022 - 17:48

Xankəndi-Gorus yolunda azərbaycanlı fəalların keçirdiyi məlum aksiya xarici mətbuatda da əks-səda doğurub.

Belə ki, Ukraynanın tanınmış “Unian.net” saytı azərbaycanlı fəallardan birinin Rusiya sülhməramlısı ilə danışığını əks etdirən video yayıb.

Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları rus hərbçilərindən qətiyyən çəkinmirlər, hətta onları ələ salırlar: “Aksiya iştirakçılarının narazılığı regiondakı ekoloji durumla bağlıdır. Etirazçılardan biri qorxmadan özlərini sülhməramlı adlandıran rusiyalı hərbçilərə müraciət edir. Əvvəlcə onları ələ salır ki, rus hərbçilərin populyar musiqi serverlərinə çıxışı yoxdur və deyir: “Heyf ki, “Shazam”-ı qoşa bilmirsiniz. Sonra yükləyərsiniz, biz də bizim mahnıları sizə göndərərik”. Bu zaman Azərbaycan kompozisiyaları səsləndirilir. Ən maraqlısı isə daha sonra baş verir. Rus hərbçisinin qolundakı Rusiyanın işğalçılıq simvolu olan “Z” işarəsini göstərən azərbaycanlı fəal deyir: “Bəs, bu nədir belə? “Z”, yəni ki, azmısan, ya boğulursan?(Rus dilindəki “Zabludilsa” və “Zapıxalsa” sözləri nəzərdə tutulur-red.). Rus “sülhməramlıları isə sadəcə, susurlar”./azpolitika