AZƏRBAYCANLILAR ŞUŞA YOLUNU BAĞLADI – “Sülhməramlılar” əlavə qüvvələr cəlb etdi / Yenilənib, Video

12/12/2022 - 10:34

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının "Ekoloji terrora son" şüarı altında Xankəndi-Laçın yolunda, rus sülhməramlıların postu qarşısındakı aksiyası davam edir.

Qafqaz.media xəbər verir ki, bu barədə saytımıza tanınmış jurnalist Daşqın Nuriyev məlumat verib.

O bildirib ki, aksiya keçirilən əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə cəlb edilib:

“Eyni zamanda əraziyə sülhməramlı kontingentin yüksək rütbəli zabiti də gəlib”.

**

“Hazırda Şuşadayıq. Xankəndiyə gedən yolu yüzlərlə QHT nümayəndəsinin iştirakı ilə bağlamışıq. Yolun üstündə 3 çadır qururuq. Tələbələrimiz yerinə yetirilməyincə, yolu açmayacağıq”.

Qafqaz.media axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış jurnalist Niyaz Niftiyev özünün rəsmi Feysbuk səhifəsində yazıb.