Bayden Polşada Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq – “Nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”

11/02/2023 - 17:23

ABŞ Prezidenti Bayden Polşaya səfəri zamanı Ukraynaya sonadək kömək ediləcəyini bir daha bəyan edəcək.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bəyan edib.

Bayden Polşada yeni hərbi yardım paketi haqa açıqlama verəcəkmi sualına Kirbi eyhamla cavab verib: “Prezident aydın şəkildə mesaj verəcək ki, Birləşmiş Ştatlar Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək”.

Kirbi əlavə edib ki, bu məsələdə konkretliyə baş vurmayacaq, bunu Prezident Baydenə saxlayır: “Mən onun sözlərini qabaqlamaq istəmirəm. Əlbəttə, bütün konkretliyi mən Prezident Baydenə saxlayıram”.

Xatırladaq ki, Ağ Ev Prezident Baydenin yaxın günlərdə Polşaya səfər edəcəyini təsdiqləyib. Baydenin səfəri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsində baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33