“Biz HƏMAS-ın və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik” – BAYDEN

20/10/2023 - 12:28

ABŞ prezidenti Co Bayden HƏMAS-ın və Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt fikirlər səsləndirib. Xarici KİV-lə xəbər verir ki, Bayden İsrailə hücumların və Ukraynaya müdaxilənin ümumi motivi olduğunu deyib.

“Həmas və Putin fərqli təhdidlər yaradır, lakin onların ortaq cəhətləri var: hər ikisi qonşuluqdakı demokratiyaları məhv etmək istəyir”, - ABŞ prezidenti deyib.

Bayden vurğulayıb ki, həm Ukraynaya, həm də İsrailə dəstək Amerikanın milli təhlükəsizliyi üçün həyati vacibdir.

“İsrail və Ukraynanın uğuru ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir. Tarix bizə öyrətdi ki, terrorçular öz əməllərinin, diktatorlar təcavüzlərinin bədəlini ödəmədikdə, daha çox xaosa və ölümə səbəb olurlar. Beləliklə, əgər biz Putinin Ukraynada hakimiyyət və nəzarət iştahını dayandırmasaq, bu, Ukrayna ilə məhdudlaşmayacaq”, - Bayden bildirib.

“Biz HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik və verməyəcəyik”, - ABŞ prezidenti əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33