“Boeing” Ukraynanı dəqiq idarə olunan raketlərlə təmin edəcək

28/11/2022 - 11:41

Amerikanın “Boeing” korporasiyası Ukraynaya Rusiyaya zərbələr endirmək üçün uyğun olan, aşağı qiymətli dəqiqliklə idarə olunan kiçik diametrli mərmilər verməyi təklif edib.

Qafqaz.media “Reuters”ə istinadən xəbər verir ki, hazırda Pentaqon bu təklifi nəzərdən keçirir.

“ABŞ-ın Əfqanıstandakı hərbi kampaniyası başa çatdıqdan sonra çoxlu mərmi qalıb. Onlardan Ukraynada istifadə oluna bilər, xüsusən də silah ehtiyatlarının azaldığını nəzərə alsaq”, – Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbərlərindən biri Tom Karako bildirib.

Ekspertlərin fikrincə, Pentaqon tədarükləri təsdiqləsə, ilk partiyalar 2023-cü ilin yazında Ukraynaya gələcək.

Qafqaz.media