"BOMBALI PAKET", İÇƏRİSİNDƏ İNƏK VƏ DONUZ GÖZLƏRİ OLAN MƏKTUBLAR... - Ukrayna səfirlikləri diplomatları qorxudan 17 məktub alıb

02/12/2022 - 23:29

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səfirliklərə “bombalı paket” və ya inək, donuz gözləri kimi heyvan orqanlarını ehtiva edən 17 məktub göndərildiyini bildirib.

Qafqaz.media xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində deyib.

"Bu kampaniya ukraynalı diplomatlar arasında qorxu yaymaq məqsədi daşıyır", - Kuleba bildirib.

CNN-in Kiyevdəki müxbirinə rəsmilərin dediyinə görə, məktublardan birinin içərisində donuzun göz bəbəyi olub.

"Hər şey Ukraynanın İspaniyadakı səfirliyində partlayışla başladı. Amma bu partlayışdan sonra baş verənlər qəribə və hətta deyərdim ki, daha anlaşılmaz oldu", - Kuleba deyib.

Onun fikrincə, bu məktubların arxasında kimin dayandığını soruşduqda nazir belə cavab verib: “Mən dərhal Rusiyanın adını çəkmək istərdim. Çünki ilk növbədə bu suala cavab vermək lazımdır ki, bu kimə sərf edir?.

Ola bilsin ki, bu terror xofu bizim Rusiya üçün beynəlxalq səhnədə yaratdığımız diplomatik dəhşətə Rusiyanın cavabıdır”.

Kulebanın fikrincə, ya Rusiya, ya da Kremlə rəğbət bəsləyən və qorxu yaymağa çalışan hansısa qüvvə bu məsələdə birbaşa məsuliyyət daşıyır.

“Müstəntiqlər nəticə çıxaracaqlar, amma mən hesab edirəm ki, bu iki versiya daha məntiqlidir”, - o deyib.

Cümə günü səhər saatlarında Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, İspaniyadakı terror aktından sonra Macarıstan, Hollandiya, Polşa, Xorvatiya, İtaliya səfirlikləri, Neapol və Krakovdakı baş konsulluqlar, eləcə də Brnodakı konsulluq “qanlı bağlamalar” alıb.

Çantaların içərisində heyvan gözləri və çantaların özləri xarakterik rəngli bir maye ilə isladılmış və uyğun bir qoxuya sahib olub.

Qafqaz.media