Böyük Britaniya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin təlim görüntülərini yaydı - VİDEO

23/12/2022 - 00:09

Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində Ukrayna hərbçilərinin təlimlərinin görüntülərini yayıb.

Qafqaz.media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

"Uğur üçün komanda işi vacibdir. Ukraynalı çağırışçılara düşməni məğlub etmək üçün döyüşdə birlikdə işləmək öyrədilir. Görün, əsgərlər britaniyalı hərbçilərlə yanaşı, qarda canlı atəş taktiki təlimində düşmənin irəliləyişlərinə qarşı necə mübarizə aparırlar", - Müdafiə Nazirliyi tvitter hesabında yazıb.

 

Qafqaz.media