“BU BAYRAQ QƏLƏBƏMİZİN SİMVOLUDUR” - Zelenski ABŞ Konqresinə üzərində ukraynalı əsgərlərin imzası olan bayraq hədiyyə etdi

22/12/2022 - 11:09

Ukrayna prezidenti Vladimir Zelenski Konqresdə ABŞ qanunvericilərinə ukraynalı əsgərlərin imzası olan Ukrayna bayrağını təqim edib.

Qafqaz.media xəbər verir ki, Zelenski bayrağı ona Baxmutu qoruyan hərbçilərin verdiyini bildirib.

“Dünən Baxmutda olanda qəhrəmanlarımız mənə bayraq təqdim etdilər. Döyüş bayrağı. Ukraynanı, Avropanı və bütün dünyanı canları bahasına müdafiə edənlərin bayrağını. Məndən xahiş etdilər ki, bu bayrağı sizə - ABŞ Konqresinə təhvil verim. Qərarları milyonlarla insanın həyatını xilas edə bilən Senat və Konqres üzvlərinə. Bu bayraq sizdə qalsın, xanımlar və cənablar. Bu bayraq bizim müharibədəki qələbəmizin simvoludur. Biz mübarizəni davam etdiririk və qalib gələcəyik”, - deyə Zelenski bildirib.

Зеленский в Конгрессе подарил Пелосе флаг из Бахмута — новости Украины / НВ

Buna cavab olaraq Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səfəri günü Kapitolinin üzərində dalğalanan Amerika bayrağını Ukrayna liderinə hədiyyə edib.

 

Qafqaz.media