Bu küçələr bağlanır - Sürücülərin nəzərinə!

02/02/2025 - 05:12

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qafqaz.media  xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
01/02/2025 - 12:13