BVF Ermənistana 171 milyon kredit ayırdı

13/12/2022 - 13:42

Beynəlxalq Valyuta Fondu Ermənistana 171 milyon dollar məbləğində yeni kredit verilməsini təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, vəsait 36 ay müddətinə verilib. Kreditin 24.4 milyon dollar həcmində olan birinci tranşı müqavilə imzalandıqdan dərhal sonra köçürüləcək.