Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı öldü – VƏKİLİNDƏN AÇIQLAMA

23/12/2022 - 14:01

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.

Qafqaz.media xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat yayıb.

"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.

Məlumata əsasən, 62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilib.