"Dünənə kimi səsimizi çıxara bilmirdik" - NAXÇIVANDA TAKSİ SÜRÜCÜLƏRİ ETİRAZA QALXDI

28/12/2022 - 22:40

Bu gün Naxçıvanda bəzi taksi sürücüləri etiraz aksiyası keçirib.

BBC News Azərbaycancaya danışan sürücülər deyiblər ki, bu ilin martında istifadə etdikləri şəxsi maşınlarını Naxçıvanda yığılan Naz-Lifan markalı taksilərlə əvəz etməyə məcbur olublar.

Sürücülər iddia edirlər ki, "yeni" adı ilə onlara satılmış maşınlar 2017-ci ilin modelidir və "dəyərindən baha qiymətə" satılıb.

Taksi sürücülərinin bir şikayəti də Naxçıvan Muxtar Respublikasının (MR) yol polisi rəhbərliyindəndir. Onlar iddia edirlər ki, taksiləri qeydiyyata saldırarkən sənədləşmə işlərinə əlavə ödəniş etməli olublar.

Bu iddialara Naxçıvan Yol Polisindən cavab almaq mümkün olmayıb.

Qurumdan BBC-yə yalnız onu deyiblər ki, taksi sürücüləri ilə görüş olub, amma görüşün detalları barədə məlumatsızdırlar.

BBC Naxçıvan MR-ın Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlaya bilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06