Ermənistanda siyasi təmizləmə başladı: "Daşnaksütyun" üzvlərinin evləri axtarılır

11/01/2023 - 16:21

Ermənistanda siyasi təmizləmə başlayıb. Belə ki, bu gün səhər tezdən "Daşnaksütyun" üzvlərinin evlərində axtarışlar aparılmağa başlayıb. Qafqaz.media bu barədə "Sputnik Armeniya"ya istinada bildirir.
Məlumatlara görə, axtarışlar Ararat bölgəsində və İrəvanda keçirilir. Hələlik saxlanılanlarla bağlı məlumat yoxdur, amma mənbənin sözlərinə görə, bunlar “siyasi məqsədli növbəti hərəkətlərdir”.
Öz növbəsində "Daşnaksütyun"un fəalı Gerasim Vardanyanın vəkili Benik Qalstyan qeyd edib ki, müvəkkilinin Artaşatdakı evində də axtarış aparılır və Vardanyanın özü də dindirilməyə dəvət olunub, amma dindirilmə dəvətinin hansı iş çərçivəsində edildiyi məlum deyil.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33