Ermənistanın “Vətəndaş sazişi” partiyası: Bizi Bakı ilə ağır diplomatik proses gözləyir

17/11/2023 - 21:43

“Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gərgin diplomatik iş davam edir”.

 Bunu Ermənistan parlamentində ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Erməni deputat Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşdən imtina edən Azərbaycanın mövqeyini tənqid edib.

Onun sözlərinə görə, “yerdə” qalan məsələlər tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.

“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, - deyə Papoyan bildirib.

Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33