Ermənistanla Türkiyə arasında birbaşa hava yük daşımaları başlayır

06/01/2023 - 18:42

Ermənistan və Türkiyə birbaşa hava yük daşımaları qarşısındakı maneələri aradan qaldırır. Qafqaz.media bildirir ki, bu barədə "Habertürk" telekanalı xəbər verib.
"Habertürk" telekanalının diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, bu məsələ yanvarın 1-dən iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar nəticəsində əldə olunub.
Artıq Türkiyə Ticarət Nazirliyi qərarla bağlı Türkiyə İxracatçılar Birliyinə məlumat verib.

Eyni zamanda bu barədə Ermənistan XİN-nin mətbuat katibi Vaan Unanyan da məlumat verib.
O bildirib ki, birbaşa yükdaşımaların işə salınması Ermənistanla Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunan razılaşmalardan biridir.
"Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçməsinə imkan verən növbəti sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik", deyə Unanyan bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33